Qəzza məsələsi səbəbilə İsrail ilə diplomatik gərginlik yaşayan Cənubi Afrika yeni bir qərar daha qəbul edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Afrika XİN-dən verilən açıqlamada İsrailin Pretoria şəhərindəki müvəqqəti işlər vəkili Ariel Seidmanın "istənməyən şəxs" (persona non grata) elan edildiyi bildirilib.
İsrailin Pretoria şəhərindəki müvəqqəti işlər vəkili Ariel Seidmanın ölkəyə girməsinin qadağan edildiyi və 72 saat ərzində ölkəni tərk etməsinin tələb edildiyi bildirilmişdir. Seidman "Cənubi Afrikanın suverenliyinə birbaşa meydan oxumaqla, diplomatik qayda və tətbiqləri qəbuledilməz şəkildə pozmaqda" ittiham edilib.