İranda internet bərpa olundu

13:50 - 31 Yanvar 2026

İranda internet bərpa olundu

İran daxilində etirazlar səbəbindən 8 yanvarda kəsilən internet bağlantısı tam şəkildə bərpa olunub.


Manset.az xəbər verir ki, İranın xəbər saytları da normal fəaliyyətə keçib.

Qeyd edək ki, 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında tacirlərin rəhbərliyi ilə başlayan etirazlar yerli valyutanın xarici valyutalar qarşısında sürətlə dəyərdən düşməsi və iqtisadi çətinliklərin dərinləşməsi səbəbindən ölkənin müxtəlif bölgələrinə yayılıb.

8 yanvarda paytaxt Tehranda keçirilən etiraz aksiyaları zamanı baş verən hadisələrin şiddətlənməsindən sonra hökumət internetə çıxışı məhdudlaşdırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az