"Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq" - Əraqçi

15:14 - 31 Yanvar 2026

\"Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq\" - Əraqçi

Müharibə başlasa, İran güclü və şokedici tərzdə cavab verəcək.


Manset.az APA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“ABŞ 12 günlük müharibədə məğlub oldu və təyin etdiyi hədəflərin heç birinə çata bilmədi. Sonda isə məcbur olub atəşkəslə bağlı bizə müraciət etdi. Ballistik raketlərimiz yerindədir. Güclü nöqtələrimizə yenidən nəzərə saldıq və daha böyük qüdrətlə hazır vəziyyətdəyik”,- Əraqçi bildirib.

O əlavə edib ki, İrana qarşı hücum baş versə, cavab güclü və şokedici olacaq.

“Bu, bizim ABŞ-a verə biləcəyimiz ən aydın mesajdır”,- Əraqçi vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az