Mozambikdə vəba nəticəsində ölənlərin sayı 48-ə yüksəldi

20:33 - 31 Yanvar 2026

Mozambikdə vəba nəticəsində ölənlərin sayı 48-ə yüksəldi

Mozambikdə son sutkada vəba səbəbindən azı 12 nəfər ölüb.


Manset.az Report-a istinadən xəbər verir ki, Mozambik Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, son 24 saatda yeni yoluxma halları 135 artaraq, 2025-ci ilin sentyabrında epidemiya başlayandan ümumilikdə 3 449-a yüksəlib. Bu göstəricidən 1 576 yoluxma Nampula, 1 334-ü isə ölkənin mərkəzində yerləşən Tete şəhərinə aiddir.

Bundan əvvəlki epidemiya (2024-cü ilin oktyabrı – 2025-ci ilin iyulu) zamanı 4 420 yoluxma qeydə alınıb, onların 3 590-u Nampulada qeydə alınıb.

Mozambikin səhiyyə naziri Usseni İssenin sözlərinə görə, vəba ilə mübarizə üçün hökumət xaricdən 3,5 milyon doza vaksin alıb. Məqsəd 2030-cu ilə qədər xəstəliyin dövri epidemiyalarına son qoymaqdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az