"NATO-dakı mövcud vəziyyət 20 illik evlilikdə yaşanan böhrana bənzəyir".
Manset.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius "Redaktions Netzwerk Deutschland" (RND) nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, uzun müddət evli olan insanlar qaçılmaz olaraq etimad böhranı ilə üzləşirlər. Bu vəziyyətdən çıxışın iki yolu var — ya “boşanmaq”, ya da münasibətlər uğrunda mübarizə aparmaq.
“Ya ayrılmaq olar, ya da əgər münasibətlərdə əvvəlki kimi ümumi təməl mövcuddursa, problemləri konstruktiv şəkildə həll etmək olar”, — deyə Pistorius vurğulayıb.
O əlavə edib ki, NATO daxilindəki bütün mübahisələrdən yalnız Rusiya fayda qazanır.
Qeyd edək ki, bundan əvvəl NATO-nun sabiq baş katibi Yens Stoltenberq ABŞ-ın alyansı tərk edə biləcəyini istisna etməyib.
“Heç nə dəyişməz deyil, hər şey dəyişə bilər”, - deyə o bildirib.