ABŞ Prezidenti Donald Tramp bildirib ki, administrasiyasının İranla razılığa gələ biləcəyinə ümid edir.
Manset.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ lideri Floridada jurnalistlərə açıqlama verib.
"Ümid edirəm ki, razılığa gələcəyik", - o deyib.
Eyni zamanda prezident qeyd edib ki, ABŞ-nin regionda dünyanın ən böyük və ən güclü gəmiləri yerləşdirilib.