İran səmasında ABŞ və İsrailə məxsus daha 7 PUA vuruldu

23:39 - 02 Mart 2026

İran səmasında ABŞ və İsrailə məxsus daha 7 PUA vuruldu

ABŞ və İsrailə aid daha yeddi pilotsuz uçuş aparatı (PUA) İran səmasında məhv edilib.


Manset.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran ordusunun bəyanatında qeyd olunub.

Bildirilib ki, son saatlarda vurulan dronlar "MQ-9", "Heron", "Hermes" və "Orbiter" növlərindən olub.

"Bu PUA-lar Təbriz, Tehran, İsfahan, Xürrəmabad və Buşehr bölgələrində hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib" , - bəyanatda bildirilib.

İran ordusunun məlumatına görə, bununla da vurulan PUA-ların ümumi sayı 29-a çatıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az