Məşhur almaniyalı aktyor Mario Adorf 95 yaşında vəfat edib.
Manset.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.
Bildirilib ki, aktyor qısamüddətli xəstəlikdən sonra Parisdəki mənzilində dünyasını dəyişib.
Qeyd edək ki, Mario Adorf filmlərdə və seriallarda 200-dən çox rol oynayıb. O, daha çox mənfi obrazları canlandırıb.