logo
logo logo
logo

İranın neft ixracına başlayacağı vaxt açıqlandı

21:45 - 14 İyun 2026

İranın neft ixracına başlayacağı vaxt açıqlandı

ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, Vaşinqtonla razılaşma imzalandıqdan sonra İran neft ixracını dərhal bərpa etmək imkanı əldə edəcək.


Manset.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset CBS News telekanalına müsahibəsində danışıb.

Jurnalistin İranın razılaşma imzalanandan və blokada aradan qaldırıldıqdan sonra növbəti gün neft ticarətinə başlaya bilib-bilməyəcəyi ilə bağlı sualını cavablandıran Heqset bunun dərhal mümkün olacağını bildirib.

“Dərhal. Prezident belə deyib”, - deyə ABŞ müdafiə naziri vurğulayıb.

Heqset açıqlamasında söhbətin hansı konkret razılaşmadan getdiyini və neft ixracının hansı şərtlərlə bərpa olunacağını dəqiqləşdirməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az