CHP-nin qurultayı ilə bağlı məhkəmə sentyabradək təxirə salındı
Manset.az Haber Global agentliyinə istinadən xəbər verir ki, CHP-nin qurultayında qanunsuzluqlara yol verildiyi iddiası ilə açılan cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 16-dək təxirə salınıb.
İş üzrə təqsirləndirilən şəxslər arasında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu da daxil olmaqla 12 nəfər yer alır.