logo
logo logo
logo

"İran bizə lazım olan bütün şərtləri qəbul edib" - TRAMP

10:23 - 03 İyul 2026

\"İran bizə lazım olan bütün şərtləri qəbul edib\" - TRAMP

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar prosesinin davam etdiyini bildirərək, "Düşünürəm ki, bizə lazım olan demək olar bütün şərtləri qəbul ediblər", - deyə açıqlama verib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp "CNBC" televiziya kanalına müsahibəsində gündəmdə olan məsələlərə münasibət bildirib.

Tramp İranla yaşanan gərginliyin tam mənada müharibə olmadığını, bunun həmin ölkənin nüvə silahından məhrum edilməsi məqsədi daşıdığını vurğulayıb.

"Onların nüvə silahına sahib olmasına icazə vermək olmaz. Mən də son üç ay yarımdan dörd aya qədər məhz bunun üzərində çalışıram", – deyə ABŞ Prezidenti bildirib.

Tramp, həmçinin Venesuela ilə bağlı ABŞ əməliyyatını xatırladaraq, həmin əməliyyatın Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələndiyini iddia edib.

"Venesuelaya baxın. Bu, cəmi bir gün davam edən müharibə idi. Müharibəyə çəkdiyimiz xərclərdən dəfələrlə artıq qazanc əldə etdik. Hesab edirəm ki, İran məsələsində də eyni dərəcədə uğurlu iş aparıram. Lakin bu, daha böyük və daha mürəkkəb vəziyyətdir", – deyə Tramp əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az