Yaponiyanın cənubunda yerləşən Miyako adası sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin Okinava prefekturasına aid Miyako adasının şimal-şərqindən 136 kilometr aralıda, 10 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.
İlkin məlumata görə, zəlzələ nəticəsində insan tələfatı və ya dağıntı qeydə alınmayıb. Hadisədən sonra sunami təhlükəsi ilə bağlı da hər hansı xəbərdarlıq edilməyib.