Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges iyunun 24-də baş vermiş güclü zəlzələlər nəticəsində həlak olanların sayının 2 595 nəfərə yüksəldiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, paytaxt Karakasdakı La Karlota Hərbi Hava Bazasında keçirilən mətbuat konfransında çıxış edən Rodriges bildirib ki, ölkənin şimalında qeydə alınmış 7,2 və 7,5 bal gücündə zəlzələlər nəticəsində 12 400 nəfər yaralanıb. Onun sözlərinə görə, hazırda 33 ölkədən olan axtarış-xilasetmə qrupları fəlakət bölgəsində fəaliyyət göstərir.
Rodriges vurğulayıb ki, zəlzələdən sonra indiyədək 6 462 nəfər dağıntılar altından sağ çıxarılıb. O qeyd edib ki, təbii fəlakətin ilk saatlarından etibarən dövlətin bütün qurumları səfərbər olunub, fövqəladə vəziyyətlə bağlı xüsusi sərəncam imzalanıb, mülki müdafiə və digər aidiyyəti xidmətlər dərhal hadisə bölgəsinə göndərilib.