logo
logo logo
logo

Növbəti danışıqlar bu ölkələrdə baş tuta bilər

16:36 - 05 İyul 2026

Növbəti danışıqlar bu ölkələrdə baş tuta bilər

İran və ABŞ arasında texniki danışıqların növbəti raundu, çox güman ki, Pakistanda keçiriləcək, lakin İsveçrədə keçirilməsi də istisna olunmur.


Manset.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən Pakistanın "Dawn" portalı məlumat yayıb.

"Texniki danışıqların təşkili üçün iki variant var - İslamabad və Bürgenstok. Bununla belə, Pakistanın paytaxtı ən çox ehtimal olunan variantdır", - mənbələrdən biri bildirib.

Onlar vurğulayıblar ki, görüşdə İranın nüvə problemi, Tehrana qarşı sanksiyaların yumşaldılması, xaricdəki İran aktivlərinin sərbəst buraxılması məsələlərinin müzakirə edilməsi planlaşdırılır. Həmçinin Hörmüz boğazında sabit vəziyyətin qorunub saxlanılması, eləcə də İsrail və "Hizbullah" tərəfindən atəşkəsə riayət edilməsi barədə də danışılacaq.

Daha əvvəl "Al Hadath" telekanalı İran və ABŞ nümayəndələri arasında növbəti danışıqların iyulun 11-də Pakistanda keçiriləcəyi iddiası ilə çıxış etmişdi. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az