Çinin şimal bölgələrində yağan güclü leysanların səbəb olduğu daşqınlar nəticəsində azı 5 nəfər həyatını itirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkənin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsinin Tonqlyao şəhəri ərazisində sürü otaran iki çoban sel sularına düşərək həlak olub.
Bundan başqa, Lyaonin əyalətinin Fuşun şəhərində də ötən gün leysanların yaratdığı daşqın nəticəsində daha üç nəfərin öldüyü bildirilib.
Yerli hakimiyyət orqanları daşqından zərər çəkən ərazilərdə yaşayan 3 596 nəfərin təhlükəsizlik məqsədilə təxliyə edildiyini açıqlayıb.