logo
logo logo
logo

Tehran küçələrində Xamenei ilə vida mərasimi keçirilir

11:11 - 06 İyul 2026

Tehran küçələrində Xamenei ilə vida mərasimi keçirilir

ABŞ və İsrailin hücumları nəticəsində həyatını itirdiyi bildirilən İranın keçmiş lideri Əli Xamenei ilə vida mərasimi İranın paytaxtı Tehranın küçələrində keçirilir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, səhər saatlarından etibarən başlayan mərasimə bayraqlar və plakatlarla qatılan milyonlarla iranlı paytaxtda Dəmavənd prospektindən başlayaraq İmam Hüseyn meydanı, İnqilab meydanı və Azadlıq meydanına qədər olan əraziləri doldurub.

Mərasim iştirakçılarının bir qismi göz yaşlarını saxlaya bilməyib. Küçələrdə quraşdırılan səsucaldıcılardan matəm nəğmələri səsləndirilib.

Bundan əlavə, bəzi küçələrdə İranın müxtəlif bölgələrinə məxsus yerli musiqilər ifa olunub.

Tehranda təşkil olunan vida mərasiminə yalnız paytaxt sakinləri deyil, ölkənin müxtəlif şəhərlərindən gələn vətəndaşlar da qatılıb.

Şəhərdən kənardan gələn bəzi iştirakçılar parklarda çadır quraraq gecəni orada keçiriblər.

Mərasim zamanı tez-tez ABŞ və İsrail əleyhinə şüarlar səsləndirilib. İştirakçıların əksəriyyətinin İranda matəm rəmzi hesab olunan qara geyimlərdə olduğu, bəzilərinin isə milli geyimlərlə mərasimə qatıldığı müşahidə edilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az