Rusiya Müdafiə Nazirliyi iyulun 5-dən 6-na keçən gecə ölkənin müxtəlif bölgələrinə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) ilə genişmiqyaslı hücum təşkil edildiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, Rusiya hava hücumundan müdafiə qüvvələri ümumilikdə təyyarə tipli 519 PUA-nı məhv edib.
Bildirilib ki, hücumlar Leninqrad, Kaluqa, Ryazan, Rostov, Yaroslavl, Tula, Moskva vilayətləri, eləcə də ilhaq olunmuş Krım daxil olmaqla Rusiyanın ümumilikdə 22 regionunu əhatə edib.
Rusiya Müdafiə Nazirliyi vurulan bütün pilotsuz uçuş aparatlarının təyyarə tipli olduğunu qeyd edib.
Bundan əvvəl isə Ukraynaya məxsus PUA-ların qalıqlarının Leninqrad vilayətində yerləşən hərbi təlim poliqonunun və limanın ərazisinə düşdüyü barədə məlumat yayılmışdı.