NATO-nun Baş katibi Mark Rütte NATO Zirvəsində iştirak etmək üçün Türkiyənin paytaxtı Ankaraya gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Mark Rüttenin təyyarəsi Ankara Hava Limanına eniş edib.
Hava limanında onu Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün və digər rəsmi şəxslər qarşılayıblar.
Mark Rüttenin gün ərzində mətbuat konfransı keçirməsi, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunması gözlənilir.