Filippin sahillərində güclü zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Filippinin cənub sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlardan sonra bölgədə afterşokların baş verə biləcəyi bildirilib.
ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb ki, zəlzələ Filippinin cənubunda, Saranqani bölgəsinin sahilləri yaxınlığında baş verib.