Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Aralıq dənizində 4,1 maqnitudalı zəlzələnin baş verdiyini açıqlayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, AFAD-ın yaydığı məlumata görə, zəlzələnin episentri Rodos adası yaxınlığında, Aralıq dənizində yerləşib. Yeraltı təkanların episentri Türkiyənin Marmaris şəhərindən 73,6 kilometr məsafədə qeydə alınıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 10:10-da baş verib. Yeraltı təkanların ocağı 10,86 kilometr dərinlikdə yerləşib.