logo
logo logo
logo

Bu ölkədə quş qripi sürətlə yayılır - Məhdudiyyətlər tətbiq olundu

16:58 - 07 Avqust 2026

Bu ölkədə quş qripi sürətlə yayılır - Məhdudiyyətlər tətbiq olundu

Avstraliyanın Viktoriya ştatında "H5N1" növlü quş qripi virusuna yoluxma hallarının artmaqda davam etməsi səbəbindən ev quşlarının qapalı məkanlarda saxlanılması barədə qərar qəbul edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Viktoriya ştatı hökuməti bu qərarı qəbul etməklə ölkədə sözügedən tədbiri tətbiq edən ilk inzibati ərazi olub.

Bildirilib ki, məhdudiyyət Melburn metropoliten bölgəsində, sahilyanı ərazilərdə və bəzi qonşu rayonlarda 50 və ya daha çox ev quşu saxlayan təsərrüfatlara şamil ediləcək. Qərarın ilkin mərhələdə 14 gün qüvvədə qalacağı qeyd olunub.

Yerli hökumət rəsmisi Mikaela Settl bildirib ki, qərarın məqsədi ev quşlarının vəhşi quşlarla təmasının qarşısını almaqdır. Onun sözlərinə görə, hökumət bu tədbirin xəstəliyin yayılmasını məhdudlaşdıracağına ümid edir.

Avstraliyanın baş baytarı Bet Kukson açıqlayıb ki, aparılan laborator müayinələr nəticəsində Viktoriya ştatında daha 20 yeni yoluxma halı təsdiqlənib. Bununla da ölkə üzrə təsdiqlənmiş quş qripi hallarının ümumi sayı 175-ə çatıb.

Xatırladaq ki, Avstraliyada "H5N1" növlü quş qripi virusunun törətdiyi ehtimal olunan ilk yoluxma halı iyunun 19-da qeydə alınmışdı. İyulun 29-da isə virusun vəhşi quşlar arasında yerli şəkildə yayıldığı müəyyən edilmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az