ABŞ Prezidenti Donald Tramp İranın yeni hərbi hücumla üzləşmək istəmədiyini və bu səbəbdən Vaşinqtonla razılıq əldə etməyə çalışdığını iddia edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Donald Tramp Punchbowl News nəşrinə müsahibəsində dünya və ABŞ gündəminə dair məsələləri dəyərləndirib.
Benzinin qiymətlərinin yenidən bahalaşıb-bahalaşmayacağı ilə bağlı sualı cavablandıran Tramp bildirib ki, qiymətlər yalnız İrana qarşı yeni hərbi zərbə endiriləcəyi halda arta bilər. Onun sözlərinə görə, belə bir ssenari baş verməzsə, yanacağın qiymətlərinin aşağı düşəcəyi gözlənilir.
Tramp iddia edib ki, İran yeni hücum təhlükəsi ilə üzləşmək istəmir və buna görə də ABŞ ilə razılıq əldə etməyə çalışır.
"İran bizimlə razılıq əldə etmək istəyir. Onlar bizim özlərinə zərbə endirməyimizi istəmirlər", – deyə ABŞ Prezidenti bildirib.