Ermənistanın Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməsi Moskva əleyhinə deyil, İrəvanın özünə qarşı yönəlmiş addım olacaq.
Manset.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadi Forumunda jurnalistlərə açıqlamasında deyib.
“Əgər Ermənistan birdən-birə viza da tətbiq etsə, bu, bizə qarşı olmayacaq – Ermənistan vizanı öz vətəndaşlarına qarşı tətbiq etmiş olacaq”, – deyə Zaxarova bildirib.
O vurğulayıb ki, belə bir qərar Ermənistanda çoxsaylı qohumları olan Rusiya vətəndaşlarına da təsir göstərəcək.