logo
logo logo
logo

Livakoviç "Fənərbaxça" ilə vidalaşdı

13:02 - 03 Sentyabr 2026

Livakoviç \"Fənərbaxça\" ilə vidalaşdı

"Fənərbaxça"dan "Barselona"ya keçmək üçün ayrılan xorvatiyalı qapıçı Dominik Livakoviç sarı-göy kluba vida edib.


Manset.az türk mediasına istinadən xəbər verir ki, Dominik Livakoviç sosial media paylaşımı ilə sarı-göy klubla vidalaşıb.

Xorvatiyalı qapıçı "Instagram" hesabında aşağıdakı mesajı paylaşıb:

"Fənərbaxça" formasını geyinmək və belə möhtəşəm bir klubun parçası olmaq mənim üçün şərəf idi. Dəstəklərinə və hər oyunda yaratdıqları inanılmaz atmosferə görə klubdakı hər kəsə və azarkeşlərə təşəkkür edirəm.

Kluba və azarkeşlərə gələcək illərdə daha çox gözəl anlar və uğurlar arzulayıram. Təşəkkürlər, "Fənərbaxça"."

"Fənərbaxça"da çıxış etdiyi müddətdə 31 yaşlı qapıçı 74 oyunda meydana çıxıb, qapısında 80 qol görüb və 24 matçda qapısını toxunulmaz saxlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az