Vyetnamda məhkəmə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı işdə mühakimə olunan 227 təqsirləndirilən şəxsdən 11-ni ölüm cəzasına, 22-sini isə ömürlük həbs cəzasına məhkum edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ho Şi Min şəhərində ölkənin "ən böyük narkotik ticarəti əməliyyatlarından biri"ni təşkil etməkdə ittiham olunan bir şəbəkəyə qarşı məhkəmə prosesi keçirilib.
Təxminən 1,1 milyard dollar dəyərindəki narkotik ticarəti şəbəkəsində iştiraka görə mühakimə olunan 227 nəfərdən 11-i ölüm cəzasına, 22-si ömürlük həbsə məhkum edilib, digərlərinə isə müxtəlif cəzalar təyin olunub.