logo
logo logo
logo

Təmir gedən restoranda yanğın - 6 nəfər öldü

15:03 - 03 Sentyabr 2026

Təmir gedən restoranda yanğın - 6 nəfər öldü

Çinin cənubundakı Haynan əyalətinin paytaxtı Haykou şəhərində təmir işləri aparılan bir restoranda yanğın baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çində təmir işləri aparılan bir restoranda baş verən yanğın nəticəsində ölən və xəsarət alanların olduğu bildirilib.

Yanğın Syuyin (Xiuying) küçəsində yerləşən və təmir olunan bir restoranda başlayıb. Siqnaldan sonra hadisə yerinə göndərilən qruplar yanğını söndürməyə nail olublar.

Haynan əyalətinin inzibati mərkəzi olan şəhərdə baş vermiş hadisə ilə bağlı aparılan axtarış-xilasetmə işləri nəticəsində altı nəfərin həyatını itirdiyi, üç nəfərin isə xəsarət aldığı müəyyən edilib. İdarə rəsmiləri xəsarət alanların vəziyyətinin sabit olduğunu və yanğının səbəbinin araşdırılmasına başlanıldığını bildiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az