logo
logo logo
logo

Meşə yanğınlarının tüstüsü Cənub-Şərqi Asiyanı bürüdü

17:40 - 03 Sentyabr 2026

Meşə yanğınlarının tüstüsü Cənub-Şərqi Asiyanı bürüdü

Həftələrdir davam edən meşə yanğınları səbəbindən zəhərli tüstü örtüyü İndoneziyanın bəzi bölgələrini bürüyür və Malayziya, Sinqapur və Filippinə doğru yayılır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Cənub-Şərqi Asiyanın geniş ərazilərində milyonlarla insan tüstü dumanına məruz qalıb. Bəzi bölgələrdə bu duman çirklənmə səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə çox artıraraq, vəziyyəti "son dərəcə təhlükəli" həddə çatdırıb.

Davam edən yanğınların çoxu iyul ayının ortalarından bəri Sumatra və İndoneziyaya məxsus Borneo ərazilərində baş verir. Bu yanğınlara quraqlığı daha da şiddətləndirən və "Super El-Ninyo" adlandırılan təbiət hadisəsi təkan verir.

İyul və avqust ayları ərzində İndoneziya Səhiyyə Nazirliyi torpaq və meşə yanğınları ilə əlaqədar 50 mindən çox tənəffüs yolu infeksiyası halı qeydə alıb.

Bu halların 12 mindən çoxu beş yaşınadək olan uşaqların payına düşür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az