Nepalın Trişuli çayı üzərindəki su-elektrik stansiyasına aid tuneldən iki nəfər sağ çıxarılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu hadisə, vadidən keçən buz, qaya və palçıq uçqununun 1200-dən çox insanın ölümünə və on minlərlə insanın yerindən-yurdundan olmasına səbəb olmasından doqquz gün sonraya təsadüf edir.
Rəsmilər və xilasedicilər hesab edirlər ki, avqustun 26-da Trişuli çayının yuxarı axınında buzlağın uçması nəticəsində çay boyunca yerləşən altı su-elektrik stansiyası layihəsinə aid tunellərdə azı 900 nəfər köməksiz vəziyyətdə qalıb.