İstanbulda İŞİD şübhəlisi polisə atəş açdı, zərərsizləşdirildi.
Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə İstanbulun Sultanbəyli rayonunda baş verib. İŞİD terror təşkilatı ilə əlaqəsi olduğu və Türkiyədə terror aktı planlaşdırdığı ehtimal edilən Berkan Çilin saxlanılması məqsədilə əməliyyat keçirilib.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı və İstanbul Polis İdarəsinin koordinasiyası ilə həyata keçirilən əməliyyat zamanı Berkan Çil polis qruplarına atəş açıb. Nəticədə şübhəli şəxs zərərsizləşdirilib.