Avqust ayında qlobal ərzaq qiymətləri 1,9 faiz artaraq 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə çatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti, eləcə də Fars körfəzi və Qara dənizdəki münaqişələr nəticəsində yaranan daşınma problemlərinin əsas kənd təsərrüfatı məhsullarının təchizatı ilə bağlı narahatlıqları gücləndirməsi olub.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən tərtib edilən və taxıl, yağlı bitkilər, süd məhsulları, ət və şəkər qiymətlərindəki aylıq dəyişiklikləri izləyən dünya ərzaq qiymətləri indeksi avqust ayında 133,3 səviyyəsinə yüksəlib.