Trabzonda qayalar arasında sıxışan ayı xilas edildi
Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə Trabzonun Çaykara rayonunda baş verib. Yaşayış məntəqəsinə enən ayı çaydakı qayaların arasında sıxılıb qalıb.
Yerli sakinlər suya girərək ayını qayaların arasından çıxarıblar. Huşsuz vəziyyətdə dik yamacdan yuxarı çəkilən ayı daha sonra Təbiəti Mühafizə və Milli Parklar qruplarına təhvil verilib.