Nepalda baş verən güclü daşqın nəticəsində ölənlərin sayı 1287 nəfərə çatıb, 5083 nəfər isə itkin düşmüş hesab olunur.
Manset.az xəbər verir ki, bu barədə “Nepal Samaya” ölkə hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Rasua rayonunda Bxote-Kosi çayında baş verən fəlakətli daşqın nəticəsində indiyədək 1287 nəfərin meyiti aşkarlanıb.
“Daşqın və fəlakət nəticəsində 5083 nəfər itkin düşmüş hesab olunur. Onlardan 2130-u Rasuadan, 2340-ı Nuvakotdandır, 583-ü isə xarici vətəndaşlardır”, - deyə məlumatda bildirilir.
Daşqın avqustun 26-da səhər saatlarında Nepaldakı şimal rayonlarını cənginə alıb. Buna Çindən gələn güclü su axınının Bxote-Kosi çayına tökülməsi səbəb olub.
Güclü sel buzlağın qopması və bunun ardınca baş verən torpaq sürüşməsi nəticəsində yaranıb.