Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepropetrovsk bölgəsindəki sənaye müəssisəsinə zərbə endirib.
Manset.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat yayıb.
Bildirilir ki, gecə saatlarında Kamyansk şəhərində yerləşən müəssisəyə bir neçə zərbə endirilməsi nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.
Xəstəxanaya yerləşdilmiş üç yaralıdan birinin vəziyyəti ağır qiymətləndirilir.