logo
logo logo
logo

ABŞ ordusu İranın 3 tankerinə zərbələr endirdi

19:53 - 05 Sentyabr 2026

ABŞ ordusu İranın 3 tankerinə zərbələr endirdi

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regionda ABŞ gəmilərinə zərbə endirməyə cəhd etdikdən sonra Amerika hərbçiləri İranın üç tankerinə hücum edib.


Manset.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki bəyanatında deyilir.

"CENTCOM qüvvələri SEPAH yerli sularda patrul xidməti həyata keçirən ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisinə ballistik raketlər atdıqdan sonra, sentyabrın 5-də neft daşıyan üç İran tankerinə zərbələr endirib", - məlumatda bildirilib.

Qeyd olunub ki, İranın hücumları Amerika təyyarədaşıyan gəmisinə və esminesinə ziyan vurmayıb, xəsarət alan yoxdur.

Amerika qoşunları Xark adası yaxınlığında "Downy" tankerini və Cask şəhəri yaxınlığında "Stark 1" tankerini sıradan çıxarıb. ABŞ ordusu həmçinin Oman körfəzində heyətə gəmini tərk etmək əmri verildikdən sonra yüksüz "Kylo" tankerini bir neçə zərbə endirərək, məhv edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az