İranın Sənəndəc şəhərində yanacaq tankeri partlayıb, ölənlər var.
Manset.az Report-a istinadən xəbər verir ki, yanacaq tankerinin partlaması nəticəsində on nəfər həlak olub.
Qeyd olunub ki, tankerin partlamasına səbəb Sənəndəc - Həmədan yolunda yol-nəqliyyat hadisəsinin baş verməsidir.
Xilasetmə, yardım işləri aparılır, hadisə yerinin təmizlənməsi əməliyyatları davam edir.