logo
logo logo
logo

Bu ölkədə hava limanı işini dayandırdı

09:00 - 06 Sentyabr 2026

Bu ölkədə hava limanı işini dayandırdı

İndoneziyanın Anak-Krakatau vulkanında baş verən silsilə püskürmələr paytaxtın Sukarno-Hatta hava limanının fəaliyyətinin müvəqqəti dayandırılmasına səbəb olub.


Manset.az xəbər verir ki, bu barədə hava limanının sosial şəbəkə hesablarında məlumat verilib.

"Anak-Krakatau vulkanında artan aktivlik səbəbindən Sukarno-Hatta beynəlxalq hava limanı aviareysləri müvəqqəti dayandırıb", - deyə məlumatda qeyd olunub.

Sukarno-Hatta hava limanı sərnişinlərə reyslərin statusu ilə bağlı aktual məlumat almaq üçün aviaşirkətlərlə əlaqə saxlamağı tövsiyə edib.

Anak-Krakatau vulkanında aktivliyin artması bu ilin iyulunda baş verib. Həmin vaxt yerli hakimiyyət orqanları təhlükə səviyyəsini dördballıq şkala üzrə üçüncü səviyyəyə qaldırıb.

1883-cü ildə Krakatau vulkanının püskürməsi nəticəsində təxminən 36 min nəfər həlak olub. 1927-ci ildə fəlakətin baş verdiyi ərazidə yeni vulkan – Anak-Krakatau ("Krakataunun oğlu") əmələ gəlib və hazırda da aktivliyini qoruyur.

2018-ci ilin dekabrında vulkanın bir hissəsinin çökməsi və ardınca sunaminin baş verməsi nəticəsində 430-dan çox insan həlak olub, təxminən 14 min nəfər yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az