logo
logo logo
logo

Təyyarə qəzasında 2 uşaq həlak oldu

12:20 - 06 Sentyabr 2026

Təyyarə qəzasında 2 uşaq həlak oldu

ABŞ-nin Kaliforniya ştatında, Fresno Yosemite Beynəlxalq Hava Limanı yaxınlığında kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki uşaq həlak olub, iki yetkin şəxs isə ağır xəsarət alıb.


Bu barədə Manset.az "The New York Post"a (NYP) istinadən xəbər verir.

Göyərtəsində dörd nəfərin olduğu təyyarə sentyabrın 5-i yerli vaxtla saat 13:50 radələrində (Bakı vaxtı ilə bazar günü saat 00:50-də) San-Xoakin çayı kənarında qəzaya uğrayıb. Xilasedicilər hava gəmisinin qalıqlarını çay kənarındakı sıldırım qayada aşkarlayıblar.

İki yetkin şəxs kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Həlak olan uşaqların şəxsiyyəti və dəqiq yaşı hələlik müəyyən edilməyib.

Qəzanın səbəblərini ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdırır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az