logo
logo logo
logo

Putin Moskvada Paşinyanla bu məsələləri müzakirə edəcək - AÇIQLANDI 

15:05 - 07 Sentyabr 2026

Putin Moskvada Paşinyanla bu məsələləri müzakirə edəcək - AÇIQLANDI 

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvada keçiriləcək görüşündə Ermənistanın inkişaf istiqaməti və mümkün referendum məsələsi müzakirə olunacaq.


Manset.az xəbər verir ki, bunu sentyabrın 7-də Kremlin sözçüsü Dmitri Peskov açıqlayıb.

Peskov bildirib ki, Putin və Paşinyan Bişkekdəki görüş zamanı ticarət-iqtisadi əməkdaşlıqla bağlı konkret məsələləri müzakirə ediblər və Paşinyanın Moskvaya səfərinin keçirilməsi barədə razılıq əldə olunub.

“Dövlət başçıları əsas mövzunu – inkişaf istiqamətinin, Ermənistanın yönümünün seçilməsi və referendumun keçirilməsi məsələsini müzakirə edəcəklər”, - Peskov deyib.

Kremlin sözçüsü əlavə edib ki, Ermənistan Baş nazirinin Rusiyaya səfərinin dəqiq tarixi diplomatik kanallarla razılaşdırılacaq.

Peskovun sözlərinə görə, Rusiya və Ermənistanın aidiyyəti qurumları prezident Vladimir Putinlə Baş nazir Nikol Paşinyanın Bişkekdə keçirilən görüşünün nəticələrinə əsasən ticarət məsələləri üzərində işləyəcəklər. 

Peskov bildirib ki, Bişkekdə keçirilən görüş mühüm və məzmunlu olub. Onun sözlərinə görə, görüş zamanı iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıqla bağlı bir sıra konkret məsələlər müəyyənləşdirilib.

“Paşinyanla Bişkekdə keçirilən görüş çox mühüm və kifayət qədər məzmunlu idi. Görüş zamanı ikitərəfli ticarət-iqtisadi əməkdaşlıqla bağlı bəzi konkret məsələlər müəyyənləşdirildi. Müvafiq qurumlar bu məsələlərlə məşğul olacaq və onların üzərində işləyəcəklər”, - Peskov deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az