logo
logo logo
logo

Sel fəlakəti 8 nəfərin ölümünə səbəb oldu    

11:32 - 28 Sentyabr 2026

Sel fəlakəti 8 nəfərin ölümünə səbəb oldu    

Taylandda yağan güclü yağışların səbəb olduğu daşqın və sel nəticəsində son 10 gün ərzində 8 nəfər həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə leysan yağışları gündəlik həyata ciddi təsir göstərir. Taylandın Fəlakətlərin Qarşısının Alınması və Azaldılması İdarəsinin (DDPM) məlumatına görə, güclü yağışlar ölkə üzrə 25 əyalətdə 545 mindən çox insana təsir edib. 

DDPM-in açıqlamasında bildirilib ki, paytaxt Banqkokda 50 rayon fəlakət bölgəsi elan edilib. Şəhərdə təxminən 52 min ev təsərrüfatı daşqından zərər çəkib, təxminən 5 min nəfər isə sel səbəbindən müvəqqəti yerləşdirmə mərkəzlərinə köçürülüb.

Paytaxt Banqkokda sabah və çərşənbə axşamı rəsmi istirahət günü elan edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az