logo
logo logo
logo

Fransada etirazlarda 400 nəfər saxlanıldı

14:44 - 30 Sentyabr 2026

Fransada etirazlarda 400 nəfər saxlanıldı

Fransada lisey şagirdlərinin təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirdikləri və bəzi ərazilərdə zorakılıq halları ilə müşayiət olunan aksiyalarda 400-dən çox şəxsin saxlanıldığı bildirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Daxili İşlər naziri Loran Nyunez BFMTV telekanalının efirində paytaxt Paris və ətrafında dünən keçirilən aksiyalarla bağlı açıqlama verib.

Xüsusilə Parisin də yerləşdiyi İl-de-Frans bölgəsində liseylərin mühasirəyə alınması cəhdləri zamanı baş verən zorakılıq hallarına münasibət bildirən Nyunez polis müdaxiləsinin mütənasib olduğunu bildirib.

Nyunez aksiyalar zamanı, əsasən, 18 yaşdan aşağı gənclər olmaqla 400-dən çox şəxsin saxlanıldığını açıqlayıb. Onun sözlərinə görə, saxlanılanlar maddi ziyana səbəb olan və dağıntı törətməyə cəhd göstərən aksiya iştirakçılarıdır. Nazir hadisələr zamanı 48 polis əməkdaşının da yaralandığını bildirib, lakin neçə şagirdin xəsarət aldığı barədə məlumat verməyib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az