Ukrayna Hərbi Hava Qüvvələri MiQ-29 qırıcısının döyüş tapşırığı zamanı vurulduğunu və pilotun həlak olduğunu açıqlayıb.
Manset.az RBK-Ukrayna-ya istinadən xəbər verir ki, oktyabrın 1-də 40-cı taktiki aviasiya briqadasının kapitanı, bölük komandiri Marat Mambetov döyüş tapşırığını yerinə yetirərkən həlak olub.
Məlumata görə, onun idarə etdiyi MiQ-29 qırıcısı raketlə vurulub. Pilot katapult etsə də, həyatını xilas etmək mümkün olmayıb.