logo
logo logo
logo

Qadınlar kişilərlə müqayisədə daha çox ağrı hiss edir - ARAŞDIRMA

17:24 - 06 Oktyabr 2026

Qadınlar kişilərlə müqayisədə daha çox ağrı hiss edir - ARAŞDIRMA

Araşdırmaçılar dünya üzrə qadınların bədənin tədqiq edilən bütün nahiyələrində kişilərdən daha çox ağrı hiss etdiklərini bildirdiklərini müəyyənləşdiriblər.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqat çərçivəsində 1990-2025-ci illər arasında 118 ölkədən 5 yaşdan 100 yaşdan yuxarı şəxslərədək 6 milyondan çox insanın məlumatları araşdırılıb.

Araşdırma zamanı ağrının dünya üzrə yayılma səviyyəsi və insan ömrü boyunca necə dəyişdiyi qiymətləndirilib.

Tədqiqatçılar baş, üz, boyun və ya çiyin, ayaq və ya topuq, əl və ya bilək, dirsək, döş qəfəsi, bel, mədə və ya qarın, bud və diz daxil olmaqla bədənin 11 nahiyəsində ağrı hallarını araşdırıblar.

Müəyyən edilib ki, qadınların bildirdiyi ağrı halları bu nahiyələrin hamısında kişilərdən daha yüksəkdir.

Cinslər arasındakı fərqin xüsusilə baş, üz və qarın ağrılarında daha qabarıq olduğu müəyyənləşib.

Araşdırmaya əsasən, həm qadınlarda, həm də kişilərdə ağrı göstəricisi 55 yaşdan əvvəl sürətlə artır, 75 yaş və daha yuxarı dövrdə isə ən yüksək səviyyəyə çatır.

İştirakçıların təxminən 40 faizi bel ağrısı yaşadığını bildirib. Üz ağrısı isə 2 faizlə ən az rast gəlinən ağrı növü olub.

Şiddətli ağrı təxminən 50 yaşda, bütün bədəndə hiss edilən ağrı isə 70 yaş ətrafında ən yüksək səviyyəyə çatıb.

Tədqiqatda dünya üzrə ağrı yükünün 18,3 faizinin siqaret istifadəsi, piylənmə və ailə gəlirlərinin aşağı olması ilə əlaqəli olduğu hesablanıb.

Araşdırmanın nəticələri “Nature Medicine” jurnalında dərc olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az