logo
logo logo
logo

Etirazlar fonunda Fransa istiqrazları, səhmləri və avro ucuzlaşdı

20:51 - 19 Oktyabr 2026

Etirazlar fonunda Fransa istiqrazları, səhmləri və avro ucuzlaşdı

Fransada kütləvi etirazlar fonunda maliyyə bazarları ciddi təzyiqlə üzləşib. Dövlət istiqrazları, Paris fond birjasında səhmlər və avro ucuzlaşıb, ölkənin 10 illik dövlət istiqrazlarının gəlirliliyi isə 4,9 %-ə yüksəlib.


Manset.az Report-a istinadən xəbər verir ki, iğtişaşlar hökumətin böyük büdcə kəsirini azaltmaqda nə qədər çətinliklərlə üzləşəcəyini göstərib.

Fransa istiqrazlarının dəyərinin azalması 10 illik dövlət istiqrazlarının gəlirliliyinin 13 baza bəndi artaraq 4,9 %-ə çatmasına səbəb olub.

İnvestorların Fransaya kredit vermək üçün tələb etdikləri əlavə gəlirliliyi əks etdirən Fransa və Almaniya istiqrazlarının gəlirliliyi arasındakı fərq 146 baza bəndinə çatıb. Bu, son iki həftənin ən yüksək göstəricisidir.

İnvestorların fikrincə, Fransa dövlət maliyyəsini nəzarət altına almağa imkan verəcək büdcə qanun layihəsini qəbul etməlidir. Lakin etirazlar bu vəzifənin nə qədər çətin ola biləcəyini göstərir.

Fransa səhmləri aparıcı Avropa birja meydançaları arasında ən pis dinamika nümayiş etdirib. Geniş Avropa fond indeksi 1 % itirdiyi halda, CAC 40 indeksi 1,5 % azalıb.

Fransanın ən böyük iki bankının - "BNP Paribas" və "Société Générale" - səhmlərinin hər biri 3 % ucuzlaşıb.

Fransadakı hadisələr avroya da təzyiq göstərib. Bazar ertəsi vahid Avropa valyutası dollara, funt sterlinqə və yenə nisbətdə 0,2-0,3 % ucuzlaşıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az