logo
logo logo
logo

Oman sahillərində tankerə HÜCUM

15:52 - 21 Oktyabr 2026

Oman sahillərində tankerə HÜCUM

Oman sahillərində bir tankerə hücum edildiyi bildirilir. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) gəminin hələlik növü müəyyənləşdirilməyən sursatla vurulduğunu açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, UKMTO-nun məlumatına görə, Oman sahillərində, Buha şəhərindən 11 dəniz mili qərbdə insident baş verib. Yerli qurumların bildirdiyinə əsasən, tanker naməlum sursatla vurulub və hücum nəticəsində başlayan yanğın söndürülüb.

Açıqlamada tankerin hazırda lövbərdə olduğu, bütün heyət üzvlərinin təhlükəsizliyinin təmin edildiyi bildirilib. Ətraf mühitə zərər dəydiyinə dair hər hansı məlumatın olmadığı qeyd edilib. UKMTO gəmilərə ehtiyatla hərəkət etməyi və şübhəli fəaliyyətlər barədə məlumat verməyi tövsiyə edib.

ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hücumları ilə başlayan müharibə və daha sonra ABŞ-nin tətbiq etdiyi dəniz blokadası fonunda İran Hörmüz boğazından gəmi keçidlərini ciddi şəkildə məhdudlaşdırır. Məlumata görə, İran boğazdan icazəsiz keçməyə çalışan gəmiləri də hədəfə alır.a


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az