logo
logo logo
logo

Türkiyədə 8 nəfərin qətli ilə bağlı qandonduran detallar üzə çıxdı

17:02 - 06 Noyabr 2026

Türkiyədə 8 nəfərin qətli ilə bağlı qandonduran detallar üzə çıxdı

Afyonqarahisarda dünən ov tüfəngi ilə 8 nəfəri qətlə yetirən, 1 nəfəri də ağır yaralayan Arif Səfa Özdemirin ilkin ifadəsində dəhşət doğuran detallar yer alıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, iddiaya görə, Özdemir ötən il Əhməd Uzeldən 40 min avro qarşılığında biçindöyən satın aldığını və bu texnika ilə Manisa və İzmir ətrafında işləməyə başladığını danışıb. Lakin biçindöyənin İzmirdə tarlada işləyən zaman qəfil yanaraq yararsız hala düşdüyünü, bu hadisədən sonra Uzel ilə aralarında fikir ayrılığı yarandığını ifadə edib.

Özdemirin ifadəsinə əsasən, Uzel ötən həftə onunla əlaqə saxlayaraq biçindöyəndən qalan 11 min avro alacağını tələb edib. Özdemir isə borcunun 4 min avro olduğunu və qısa müddət ərzində ödəniş edəcəyini bildirib. Tərəflər arasında borc məbləği ilə bağlı başlayan mübahisənin böyüdüyü, telefonda qarşılıqlı təhqir və hədə-qorxuların yaşandığı irəli sürülüb.

İddiaya görə, Özdemir hadisə günü ödəniş etmək bəhanəsi ilə Əhməd Uzelə Afyonqarahisara gəlməyi təklif edib. Uzel yanına Bəkir və Noman Toprakı da alaraq şəhərə gəlib. Tərəflər Ayazini kəndinin çıxışında görüşüblər. Burada yaranan mübahisədən sonra Özdemirin yanında gətirdiyi ov tüfəngi ilə atəş açaraq üç nəfəri qətlə yetirdiyi ehtimal olunur.

Üç nəfəri öldürdükdən sonra hadisə yerindən qaçan Özdemirin yolüstü qarşılaşdığı digər şəxsləri avtomobillərini ələ keçirmək məqsədilə hədəf aldığı irəli sürülüb. Şübhəlinin bu üsulla daha 5 nəfəri öldürdüyü, 1 nəfəri isə ağır yaraladığı bildirilib.

Hadisə ilə bağlı araşdırma davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az