logo
logo logo
logo

Putin danışıqların keçiriləcəyi tarixi və yeri təsdiqləyib

23:34 - 06 Noyabr 2026

Putin danışıqların keçiriləcəyi tarixi və yeri təsdiqləyib

“Rusiya Ukrayna böhranının həlli yollarının axtarışında ardıcıl dəstəyinə və humanitar məsələlərdə köməyinə görə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəhbərliyinə minnətdardır”.


Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirədə bildirib.

    Müşavirədə noyabrın 10-da Əbu-Dabidə keçirilməsi planlaşdırılan Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar da müzakirə olunub.

    Putin danışıqlara ev sahibliyi etməyə hazır olduğuna görə BƏƏ rəhbərliyinə təşəkkür edib.

    O qeyd edib ki, Əmirliklər Ukrayna böhranının həlli yollarının axtarışında Rusiyaya ardıcıl kömək edir, həmçinin əsirlərin və digər şəxslərin mübadiləsi ilə bağlı humanitar məsələlərə dəstək göstərir.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az