logo
logo logo
logo

Çin və Tayvan arasında gərginlik artır

17:21 - 13 Noyabr 2026

Çin və Tayvan arasında gərginlik artır

Çinə məxsus hərbi hava vasitələrinin Pekinlə suverenlik mübahisəsi yaşayan Tayvan adası ətrafında 30 uçuş həyata keçirdiyi bildirilir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin açıqlamasına görə, qırıcı təyyarələr, bombardmançılar, dəstək təyyarələri, pilotsuz uçuş aparatları və helikopterlərin də daxil olduğu hərbi hava vasitələrinin ötən gündən bu səhər saatlarınadək ada ətrafında 30 uçuşu qeydə alınıb.

Məlumatda bildirilir ki, uçuşların 23-ü Tayvan boğazında tərəflərin təsir dairələrini ayırdığı qəbul edilən orta xətti keçib. Həmin uçuşlar Tayvanın “Hava Hücumundan Müdafiə üzrə Tanınma Zonası” (ADIZ) elan etdiyi ərazinin şimal, mərkəzi, cənub-qərb və şərq hissələrində həyata keçirilib.

Bundan başqa, Çinə məxsus 8 hərbi gəminin və 3 dövlət gəmisinin də ada ətrafında hərəkət etdiyi bildirilib.

Tayvan Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin silahlı qüvvələri vəziyyəti nəzarətdə saxlayıb, patrul təyyarələrini, hərbi gəmiləri və sahilboyu raket sistemlərini hərəkətə gətirməklə müvafiq tədbirlər görüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az