logo
logo logo
logo

ABŞ müdafiə naziri ona susmasını deyən hərbçini medalla təltif etdi

17:27 - 13 Noyabr 2026

ABŞ müdafiə naziri ona susmasını deyən hərbçini medalla təltif etdi

ABŞ müdafiə naziri Pit Heqset ona irad bildirən hərbçini mükafatlandırıb. Belə ki, noyabrın 11-də Arlinqton Milli Qəbiristanlığında keçirilən Veteranlar Günü mərasimindən sonra Naməlum Əsgər məzarının önündə xidmət aparan onbaşı Tomas İqlesias naziri və onunla birlikdə olan şəxsləri yüksək səslə danışdıqları üçün sərt şəkildə xəbərdarlıq edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin müdafiə naziri Pit Heqset Veteranlar Günü mərasimindən sonra Naməlum Əsgər məzarının önündə yüksək səslə güldüklərinə görə onu və ətrafındakı şəxsləri sakitliyə dəvət edən qarovulçu hərbçini “Birgə Xidmətə görə Təqdir medalı” ilə təltif edib.

Heqset İqlesiasa medal təqdim etdiyi anların fotolarını sosial şəbəkə hesabında paylaşaraq bu sözləri yazıb:

“Əsgərlərimizi sevirik. Qaydalarımıza və standartlarımıza sadiqik. Əhsən, onbaşı! Belə davam edin, vətənpərvərlər!”



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az