Rusiyanın qanunsuz ilhaq etdiyi Krımın qondarma rəhbəri Sergey Aksyonov Ukrayna ordusunun Krım körpüsünə hücum etdiyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Krımın qondarma rəhbəri Sergey Aksyonov sosial şəbəkə hesabında paylaşım edərək Ukrayna ordusunun Krım körpüsünə hücum təşkil etdiyini qeyd edib.
Onun sözlərinə görə, hücum səbəbindən körpüdə nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunub. Hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları fəaliyyət göstərir.