Türkiyənin Ərzurum vilayətinin Pasinlər rayonunda saat 06:01-də 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, AFAD Ərzurumun Pasinlər rayonunda zəlzələ baş verdiyini açıqlayıb.
Məlumata görə, yeraltı təkanlar təxminən 7 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində hər hansı mənfi halın baş verməsi barədə məlumat daxil olmayıb.